Ucnoqta.az
www.ucnoqta.az

Həbsdəki həyat yoldaşına telefon keçirmək istədi - FOTO

14:50 - 15 Dekabr 2025 tarixində dərc olunub.

Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin əməkdaşları tərəfindən aparılmış əməliyyat-axtarış tədbirləri nəticəsində 11 saylı cəzaçəkmə müəssisəsinə məhkumla qısamüddətli görüşə gəlmiş həyat yoldaşının üzərinə və əşyalarına baxış keçirilən zaman ona məxsus əl çantasında gizlədilmiş 1 ədəd “Samsung” markalı mobil telefon aparatı aşkar olunaraq müəssisəyə keçirilməsinin qarşısı alınıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Ucnoqta.az-a Ədliyyə Nazirliyinin Mətbuat xidmətindən bildirilib. Faktla bağlı araşdırma aparılır.
Cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxslərə qadağan olunmuş əşyaların verilməsi və ya ötürülməsinin cinayət məsuliyyətinə səbəb olduğu bir daha vətəndaşların diqqətinə çatdırılır.
 

Müəllif: Ucnoqta.az redaksiyası