Ucnoqta.az
www.ucnoqta.az

Tahir Kazımova yeni vəzifə verildi

15:34 - 10 Dekabr 2025 tarixində dərc olunub.

Ali Məhkəmənin keçmiş hakimi Tahir Kazımov Konstitusiya Məhkəməsinin Cinayət və inzibati hüquq şöbəsinin müdiri vəzifəsinə təyin edilib.

Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, bu barədə Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev müvafiq əmr imzalayıb.

Qeyd edək ki, Tahir Lələkişi oğlu Kazımov 7 sentyabr 1957-ci ildə Masallı rayonunda anadan olub. 1981-ci ildən prokurorluq orqanlarında müstəntiq, böyük müstəntiq, Bakı şəhər prokurorluğunda şöbə rəisinin müavini, rayon prokuroru, Baş Prokurorluqda idarə rəisinin müavini, idarə rəisi vəzifələrində işləyib.

2017-ci il 30 iyun tarixindən Ali Məhkəmənin hakimi vəzifəsinə təyin olunub. Bu ilin sentyabr ayında Ali Məhkəmədən təqaüdə göndərilib.

T.Kazımov 3-cü dərəcəli dövlət ədliyyə müşaviridir.

Müəllif: Ucnoqta.az redaksiyası