Ucnoqta.az
www.ucnoqta.az

Gümüşün qiyməti rekord həddə çatdı

11:02 - 10 Dekabr 2025 tarixində dərc olunub.

Comex birjasında (Nyu-York Ticarət Birjasının bir bölməsi) 2026-cı ilin mart ayı üçün çatdırılma gümüş fyuçerslərinin qiyməti yeni bir rekord həddə çatdı və troya unsiyası üçün 62 dolları keçdi.

Ucnoqta.az xəbər verir ki, ticarət məlumatlarına görə. qiymətli metalın qiyməti artaraq 62.065 dollara (+2.01%) çatıb.

Bu arada, Comex birjasında 2026-cı ilin fevral ayı üçün çatdırılma qızıl fyuçersləri 4234,1 dollar (-0,05%) səviyyəsində idi.

Müəllif: Ucnoqta.az redaksiyası