Ucnoqta.az
www.ucnoqta.az

Dövlət büdcəsi haqqında qanun təsdiqləndi

11:32 - 9 Dekabr 2025 tarixində dərc olunub.

Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsi üçüncü oxunuşda müzakirəyə çıxarılıb.

Ucnoqta.az xəbər verir ki, layihəyə əsasən, 2026-cı il dövlət büdcəsinin gəlirləri 38 609 000,0 min manat, xərcləri 41 703 600,0 min manat (o cümlədən, mərkəzləşdirilmiş gəlirləri 37 850 712,0 min manat, yerli gəlirləri 758 288,0 min manat, mərkəzləşdirilmiş xərcləri 40 944 465,0 min manat, yerli xərcləri 759 135,0 min manat) məbləğində proqnozlaşdırılır.

Müzakirələrdən sonra layihə səsverməyə çıxarılaraq qəbul edilib.

Müəllif: Ucnoqta.az redaksiyası