Ucnoqta.az
www.ucnoqta.az

Rusiya neftinin daşınması tamamilə qadağan edilə bilər

20:36 - 5 Dekabr 2025 tarixində dərc olunub.

Avropa Birliyi və Byük yeddilik qrupu (G7) ölkələri Rusiya neftinin qiymət limitini Qərb şirkətlərinin dəniz nəqliyyatı xidmətlərinə tamamilə qadağan etməklə əvəz etməyi düşünürlər.

Ucnoqta.az xəbər verir ki, Reuters bu barədə altı mənbəyə istinadən məlumat yayıb.

Agentliyin məlumatına görə, belə bir qadağa 2026-cı ilin əvvəlində qəbul edilməsi planlaşdırılan növbəti AB sanksiya paketinin və müvafiq G7 tədbirlərinin bir hissəsi kimi elan edilə bilər.

Agentliyin mənbələri bildirib ki, ABŞ və Böyük Britaniya nümayəndələri bu ideyanı G7 texniki görüşlərində fəal şəkildə təbliğ edirlər.

Dörd mənbə Reuters agentliyinə bildirib ki, ABŞ prezidenti Donald Trampın bu məsələ ilə bağlı son mövqeyi onun Ukraynadakı münaqişəyə son qoymaq üçün sülhməramlı səylərinin uğurundan asılı olacaq.

Müəllif: Ucnoqta.az redaksiyası