Ucnoqta.az
www.ucnoqta.az

Putin və Modi arasında danışıqlar başlayıb

10:49 - 5 Dekabr 2025 tarixində dərc olunub.

Rusiya Prezidenti Vladimir Putin və Hindistanın Baş naziri Narendra Modi rəsmi danışıqlara Yeni Dehlidəki hökumət iqamətgahı olan Haydarabad Sarayında başlayıblar.

Ucnoqta.az xəbər verir ki, ölkə rəhbərləri arasında qısa təmaslardan sonra geniş danışıqlar başlayacaq.

Bir gün əvvəl onlar qeyri-rəsmi görüş keçiriblər və qarşılıqlı maraq doğuran geniş məsələləri müzakirə etmişdilər.

Müəllif: Ucnoqta.az redaksiyası