Ucnoqta.az
www.ucnoqta.az

Suriyada Visa ödəniş sistemi istifadəyə verilir

22:41 - 4 Dekabr 2025 tarixində dərc olunub.

Amerika şirkəti Visa, Ərəb Respublikasında ödəniş sistemini istifadəyə vermək üçün Suriya Mərkəzi Bankı ilə razılığa gəlib.

Ucnoqta.az xəbər verir ki, şirkətin açıqlamasına görə, tərəflər Suriyada müasir rəqəmsal ödəniş ekosisteminin yaradılması üçün yol xəritəsini təsdiqləyiblər.

"İlk diqqət etibarlı və təhlükəsiz ödəniş infrastrukturu yaratmaq üçün lisenziyalı maliyyə qurumları ilə işləməyə yönəldiləcək.

Buraya beynəlxalq standartlara uyğun ödəniş kartlarının buraxılması və rəqəmsal cüzdanların tətbiqi daxildir", - deyə Amerika şirkəti bildirib.

Müəllif: Ucnoqta.az redaksiyası