Ucnoqta.az
www.ucnoqta.az

Bakıda vəkilə hücum edib xəsarət yetirdilər -  FOTO

17:55 - 4 Dekabr 2025 tarixində dərc olunub.

Vəkillər Kollegiyasının üzvü Elçin Əhmədov hücuma məruz qalıb.

E-huquq.az-ın əldə etdiyi məlumata görə, o, Xətai Rayon Məhkəməsində peşə fəaliyyətini yerinə yetirərkən vəkil kimi çıxdığı cinayət işində qarşı tərəfi təmsil edən şəxs ona hücum edib.

Hadisə nəticəsində E.Əhmədov xəsarət alıb.

Faktla bağlı Daxili İşlər Nazirliyində araşdırma aparılır.

Müəllif: Ucnoqta.az redaksiyası