Ucnoqta.az
www.ucnoqta.az

Laçın və Kəlbəcərdəki yanğınlara helikopterlər cəlb olundu - Video

16:07 - 4 Dekabr 2025 tarixində dərc olunub.

Laçın və Kəlbəcər rayonlarında yanğın baş verən dağlıq ərazilərə helikopterlər cəlb olunub.

Alov dağ massivindəki meşə hissəsində davam etdiyindən əraziyə FHN-in Aviasiya dəstəsinin 2 helikopteri, Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri cəlb edilib.

Hazırda yanğınsöndürmə əməliyyatları havadan və qurudan davam etdirilir.///qafqazinfo

Müəllif: Ucnoqta.az redaksiyası