Ucnoqta.az
www.ucnoqta.az

Ömər Paşayevin vəzifəsindən ayrılmasının səbəbi bəlli oldu

14:17 - 4 Dekabr 2025 tarixində dərc olunub.

Ömər Paşayevin AFFA Hakimlər Departamentinin rəhbəri vəzifəsindən ayrılmasının səbəbi bəlli olub.

Ucnoqta.az xəbər verir ki, o, bu barədə "Report"a açıqlama verib.

Keçmiş hakim şəxsi işləri ilə əlaqədar bu addımı atdığını söyləyib:

"Öz istəyimlə bu vəzifədən ayrılmışam. Burada başqa səbəb yoxdur. Şəxsli işlərimlə əlaqədar bu qərarı verdim".

Ö.Paşayev hakim-inspetor kimi fəaliyyətini davam etdirəcəyini də diqqətə çatdırıb.

Qeyd edək ki, Ömər Paşayev 2024-cü ildən bu vəzifəni icra edib.

Müəllif: Ucnoqta.az redaksiyası