Ucnoqta.az
www.ucnoqta.az

Fəhlələri daşıyan mikroavtobus qəzaya düşdü - xəsarət alanlar var

09:04 - 4 Dekabr 2025 tarixində dərc olunub.

Şəmkir rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Ucnoqta.az xəbər verir ki, hərəkətdə olan "Mercedes" markalı mikroavtobus idarəetməni itirərək yol kənarındakı su kanalına aşıb.

Qəza nəticəsində 6 nəfər xəsarət alıb. Yaralılar təcili tibbi yardım vasitəsilə xəstəxanaya yerləşdiriliblər. Məlumata görə, mikroavtobusda sürücü ilə birlikdə 23 sərnişin olub. Onların Yevlaxdan Şəmkirdə yerləşən istixanada işləməyə getdikləri bildirilib.

Hadisə yerinə polis əməkdaşları cəlb olunublər, faktla bağlı araşdırma aparılır.///apa

Müəllif: Ucnoqta.az redaksiyası