ABŞ hakimiyyəti əvvəllər vətəndaşlarının ABŞ-a girişi qadağan edilmiş 19 ölkənin vətəndaşlarının immiqrasiya sorğularına baxılmasını dayandırıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə The New York Times (NYT) ABŞ Vətəndaşlıq və İmmiqrasiya Xidmətlərinə istinadən məlumat yayıb.
Bu tədbirin Əfqanıstan, Burundi, Venesuela, Haiti, İran, Yəmən, Kuba, Laos, Liviya, Myanma, Konqo Respublikası, Somali, Sudan, Syerra-Leone, Toqo, Türkmənistan, Çad, Ekvatorial Qvineya və Eritreya vətəndaşlarına təsir edəcəyi gözlənilir.
Qəzetin məlumatına görə, ABŞ administrasiyası son günlərdə immiqrasiya sistemində əsas dəyişikliklər elan edib.
Buraya giriş qadağası tətbiq edilən ölkələrin vətəndaşlarına verilən yaşıl kartların nəzərdən keçirilməsi və keçmiş prezident Co Baydenin administrasiyası dövründə verilmiş sığınacaq qrantlarının nəzərdən keçirilməsi daxildir.
ABŞ Daxili Təhlükəsizlik Katibi Kristi Noem vətəndaşları ən yüksək milli təhlükəsizlik təhdidləri yaradan ölkələr üçün hərtərəfli giriş qadağası təklif edib. Departament qeyd edib ki, bu və digər oxşar tədbirlər artıq ölkədə olan şəxslərin yoxlanılmasını gücləndirmək üçün də vacibdir.