Ucnoqta.az
www.ucnoqta.az

ABŞ-nin Latın Amerikasına hücumları müharibə hesab ediləcək - Petro

08:09 - 3 Dekabr 2025 tarixində dərc olunub.

Kolumbiya prezidenti Qustavo Petro bildirib ki, ABŞ-ın hər hansı bir hücumu müharibəyə aparan təcavüz aktı kimi qəbul ediləcək.

Ucnoqta.az xəbər verir ki, Petro X sosial media platformasında bu barədə yazıb:

"Suverenliyimizə hücum müharibə elanı hesab ediləcək".

Kolumbiya prezidenti ABŞ prezidenti Donald Trampı Boqotanın narkotik qaçaqmalçılığı ilə necə mübarizə apardığını görmək üçün ölkəsinə dəvət edərək xəbərdarlıq edib.

Müəllif: Ucnoqta.az redaksiyası