"Mançester Siti"nin norveçli hücumçusu Erlinq Haaland İngiltərə Premyer Liqasının (EPL) rekordunu qıraraq 100 qola çatmaq üçün lazım olan oyunların sayına görə rekord müəyyənləşdirib.
Ucnoqta.az xəbər verir ki, Haaland bu nailiyyətə 14-cü turda "Fulham"a qarşı səfər matçında nail olub. Bu mərhələyə çatmaq üçün ona 111 oyun lazım olub.
Əvvəlki rekord yarışda ilk 100 qolunu 124 matçda vuran ingilis hücumçu Alan Şirere məxsus idi.
25 yaşlı Haland 2022-ci ilin iyul ayında "Mançester Siti"yə qoşulub.