Ucnoqta.az
www.ucnoqta.az

Misirə giriş vizasının rüsumu artırıldı

20:38 - 2 Dekabr 2025 tarixində dərc olunub.

Misir Prezidenti Əbdülfəttah əs-Sisi Ərəb Respublikasına giriş vizasının rüsumunu 20 dollar artıraraq 45 dollara çatdırmağı göstəriş verib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Misir liderinin verdiyi fərmanda deyilir.

30 noyabrda imzalanan fərman imzalandığı gündən qüvvəyə minir.

1 dekabra qədər Misirə giriş vizasının rüsumu 25 dollar idi.

Müəllif: Ucnoqta.az redaksiyası