Ucnoqta.az
www.ucnoqta.az

Ermənistan-AB sammiti may ayında İrəvanda keçiriləcək

18:32 - 2 Dekabr 2025 tarixində dərc olunub.

Birinci Ermənistan-AB sammiti 5 may 2026-cı ildə İrəvanda keçiriləcək.

Ucnoqta.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi Armenpress-ə məlumat verib.

Xarici İşlər Nazirliyinin məlumatına görə, Avropa Şurasının prezidenti António Costa və Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen də daxil olmaqla, yüksək vəzifəli Aİ nümayəndələri sammitdə iştirak etmək üçün Ermənistana gələcəklər.

Müəllif: Ucnoqta.az redaksiyası