Ucnoqta.az
www.ucnoqta.az

Tramp dekabrın 2-də Ağ Evdə açıqlama verəcək

08:21 - 2 Dekabr 2025 tarixində dərc olunub.

ABŞ Prezidenti Donald Tramp yerli vaxtla saat 14:00-da Ağ Evdəki Oval Ofisdə jurnalistlərə açıqlama verəcək.

Ucnoqta.az xəbər verir ki, bu, Trampın Ağ Ev tərəfindən açıqlanan cədvəlində qeyd olunub.

Cədvəldə prezidentin mövzusu açıqlanmayan bir açıqlama verəcəyi bildirilir. Tramp həmçinin növbəti Nazirlər Kabinetinin iclasını yerli vaxtla saat 11:30-da keçirəcək.

Müəllif: Ucnoqta.az redaksiyası