Ucnoqta.az
www.ucnoqta.az

Fransız klubu oyunçularına qarşı azarkeş hücumlarını pisləyib

00:41 - 2 Dekabr 2025 tarixində dərc olunub.

Fransa futbol klubu "Nitsa" komanda oyunçularına qarşı hücumu qəbuledilməz hesab edir və oyunçulara tam dəstəyini bildirir.

Ucnoqta.az xəbər verir ki, bu barədə "Nitsa"nın mətbuat xidməti məlumat verib.

Daha əvvəl "Foot Mercato" portalı "Nitsa" azarkeşlərinin zəif nəticələrə görə klubun məşq meydançasında komanda oyunçularına hücum etdiyini bildirmişdi.

Bir neçə azarkeş komandanın nigeriyalı hücumçusu Terem Moffi və Fil Dişi Sahili yarımmüdafiəçisi Jeremy Bogaya hücum edib. Məlumata görə, azarkeşlər oyunçulara yumruq atıb və tüpürüblər.

"Klub ardıcıl zəif oyunların yaratdığı məyusluğu başa düşür. Lakin bu cür hadisələr qəbuledilməzdir. Bir neçə klub üzvünə hücum edilib. "Nitsa" tam dəstəyini ifadə edir və bu hərəkətləri ən sərt şəkildə pisləyir", - deyə bəyanatda bildirilir.

"Nitsa" bütün yarışlarda ardıcıl altı məğlubiyyətə uğrayıb. Fransa çempionatında 14 turdan sonra komanda 17 xalla 10-cu yerdədir.

Müəllif: Ucnoqta.az redaksiyası