Honkonqda baş verən yanğın nəticəsində ölənlərin sayı 151-ə çatıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə "South China Morning Post" qəzeti şəhərin yanğınsöndürmə idarəsinə istinadən məlumat yayıb.
Qəzetin məlumatına görə, yanğın nəticəsində dağıdılmış binaları yoxlayan xilasedicilər dekabrın 1-də daha beş cəsəd aşkar ediblər.
Yanğın Honkonqun "Yeni Ərazilər" adlanan Tay Po rayonundakı Vanq Fuk Kort kompleksində baş verib. Binalardan biri demək olar ki, zədələnməyib, yeddisi isə alov içində qalıb.