63 yaşlı bir həbsxana işçisi ABŞ-da Şimali Karolina islah müəssisəsində ömürlük həbs cəzası çəkən qatillə cinsi əlaqədə olduğuna görə həbs edilib.
Ucnoqta.az-ın məlumatına görə, bu barədə WRAL xəbər verir.
Harnett County Həbsxanasında müqaviləli psixoloq işləyən 63 yaşlı Pamela Snou 26 noyabrda təhlükəli bir cinayətkarla cinsi əlaqədə olmaqda ittiham olunub. Snou Fuquay-Varinada yaşayır və 15 fevral 2024-cü ildə ruhi sağlamlıq problemləri olan məhbuslara kömək etmək üçün işə götürülüb.
Həbsdən sonra məhkəməyə qədər girov müqabilində azadlığa buraxılıb. Şimali Karolina İslah Departamenti Snounun müqaviləsini ləğv edib. Ona veriləcək cəza açıqlanmayıb.