Ucnoqta.az
www.ucnoqta.az

İşə düzəltmək adı ilə 50 min manatlıq dələduzluq

11:05 - 26 Noyabr 2025 tarixində dərc olunub.

Naxçıvan Şəhər Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində vətəndaşların etibarından sui-istifadə edərək onlara qarşı dələduzluq edən 38 yaşlı Elvin İsmayılov saxlanılıb.

Ucnoqta.az xəbər verir ki, o, ayrı-ayrı vaxtlarda 5 vətəndaşı işə düzəltmək vədi ilə aldadaraq 50 min manat pul vəsaitini ələ keçirib.

Faktla bağlı Naxçıvan  ŞPİ-də cinayət işi başlanılıb, hazırda cinayət işi üzrə araşdırma davam etdirilir.

E.İsmayılovun analoji əməllərindən zərər çəkmiş başqa şəxslər varsa, bu barədə polisə məlumat verə bilərlər.

Müəllif: Ucnoqta.az redaksiyası