Ucnoqta.az
www.ucnoqta.az

Ethereum və Bitkoinin qiyməti artdı

21:40 - 24 Noyabr 2025 tarixində dərc olunub.

Bazar kapitallaşması baxımından ikinci ən böyük kriptovalyuta olan Ethereumun (ETH) qiyməti 4%-dən çox artıb.

Ucnoqta.az xəbər verir ki, Binance məlumatına görə, "Ethereum"un qiyməti 4,09% artaraq 2905 dollara çatıb. Bu arada, Bitkoinin qiyməti 1,06% artaraq 87694 dollara çatıb.

Ethereumun bütün zamanların ən yüksək səviyyəsinə 24 avqust 2025-ci ildə çatılıb və 4956,78 dollara çatıb.

Müəllif: Ucnoqta.az redaksiyası