Ucnoqta.az
www.ucnoqta.az

Salyanın qazı kəsiləcək

15:49 - 24 Noyabr 2025 tarixində dərc olunub.

Salyan şəhər mərkəzinin bir hissəsində qaz təchizatı dayandırılacaq.

Ucnoqta.az xəbər verir ki, şəhər mərkəzində yerləşən "Şahmat" məktəbinin təbii qazla təmin edilməsi ilə bağlı yeni çəkilmiş qaz xəttinin qaz təchizatı şəbəkəsinə birləşdirilməsi məqsədi ilə əlaqədar sabah saat 09:30-dan etibarən işlər başa çatanadək şəhər mərkəzinin bir hissəsində (ümumi 3981 abonent) qaz təchizatının dayandırılması planlaşdırılır.

Müəllif: Ucnoqta.az redaksiyası