Paytaxtın Yasamal rayonu, Mətbuat prospekti ilə Məhəmməd Hüseyn Şəhriyar küçəsinin kəsişməsində sürücülərin daha rahat hərəkət etməsi və piyadaların təhlükəsiz keçidinin təmin edilməsi məqsədilə yeni işıqforlar quraşdırılıb.
Bu barədə Ucnoqta.az-a Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib.
Qeyd edilib ki, sözügedən ərazidə 6 “L” və “A” tipli dirəklərdən istifadə edilməklə 13 nəqliyyat və piyada svetoforları quraşdırılaraq hərəkət iştirakçılarının istifadəsinə verilib.
Bununla da Məhəmməd Hüseyn Şəhriyar küçəsindən Mətbuat prospektinə daxilolma artıq nizamlayıcı ilə tənzimlənir. Piyadalar isə yolun qarşı tərəfinə piyada svetoforunun yaşıl işığı yandıqda daha təhlükəsiz şəkildə keçə bilirlər.