Ucnoqta.az
www.ucnoqta.az

Rusiya regionları üzərində 93 PUA vurulub

08:38 - 24 Noyabr 2025 tarixində dərc olunub.

Ötən gecə ərzində hava hücumundan müdafiə heyətləri 93 Ukrayna dronu ələ keçirərək məhv ediblər.

Ucnoqta.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat verib.

Nazirliyin məlumatına görə, Belqorod vilayəti üzərində 45, Krasnodar diyarı üzərində 9, Nijni Novqorod vilayəti üzərində 7 və Voronej vilayəti üzərində 4 dron vurulub. Qara dəniz üzərində daha 20, Azov dənizi üzərində isə səkkiz dron məhv edilib.

Müəllif: Ucnoqta.az redaksiyası