Ucnoqta.az
www.ucnoqta.az

Tıxac olan yolların SİYAHISI

08:10 - 24 Noyabr 2025 tarixində dərc olunub.

Bakının bir sıra yollarında nəqliyyat sıxlığı yaranıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.
Hal-hazırda yollardakı vəziyyət:
 1. Aeroport şosesi, "Koroğlu" metro stansiyası istiqamətində;
 2. 1-ci Göl kənarı yolu, Ziya Bünyadov prospekti istiqamətində;
 3. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində;
 4. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində;
 5. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində;
 6. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində;
 7. Babək prospekti, mərkəz istiqamətində;
 8. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;
 9. Mikayıl Müşfiq küçəsi, "Badamdar" dairəsindən 20 nörməli məktəb-lisey istiqamətində;
 10. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;
 11. Ziya Bünyadov prospekti, Bakı Olimpiya Stadionunun qarşısından "20 Yanvar" metro stansiyası istiqamətində;
 12. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində;
 13. Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;
 14. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində sıxlıq müşahidə olunur.

Müəllif: Ucnoqta.az redaksiyası