Ucnoqta.az
www.ucnoqta.az

Argentina G20 sammitində birgə bəyannaməni imzalamadı

21:10 - 22 Noyabr 2025 tarixində dərc olunub.

Argentina hökuməti Yohannesburqda keçirilən sammitdə qəbul edilmiş G20 liderlərinin birgə bəyannaməsini imzalamamaq qərarına gəlib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Cənubi Amerika ölkəsinin Xarici İşlər Nazirliyi məlumat verib.

Nazirlik bildirib ki, bu qərar konsensus qaydalarının pozulması və mətndə göstərilən geosiyasi mülahizələrlə bağlı əhəmiyyətli fikir ayrılıqlarının olması səbəbindən verilib.
Argentinanı sammitdə xarici işlər naziri Pablo Kvirno təmsil edib. O, sammitin iş sessiyası zamanı görüşdən kənarda mövqeyini təkrarlayaraq bildirib ki, "Argentina bəyannamənin bir sıra müddəalarından tam razı deyil və sənədin müəyyən bəndləri ilə rəsmi şəkildə razılaşmadığını bildirib".

Müəllif: Ucnoqta.az redaksiyası