Ucnoqta.az
www.ucnoqta.az

1000 manatdan az maaş alanlar vergidən azad olunsun - TƏKLİF

11:33 - 21 Noyabr 2025 tarixində dərc olunub.

1000 manatdan az maaş alanlar ümumiyyətlə vergidən azad olunsun. 

Ucnoqta.az xəbər verir ki, bunu Milli Məclisin deputat Qüdrət Həsənquliyev parlamentin bugünkü plenar iclasında Vergi Məcəlləsi və bir sıra qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı deyib. 

Deputat ləğv olunan vergi güzəştlərini bərpa etməyi təklif edib. 

“2500 manata qədər maaş alan şəxslər üçün artıq 3 faiz vergi dərəcəsi müəyyənləşdirilib. Mən hesab edirəm ki, 1000 manata qədər maaş alanlar ümumiyyətlə bütün növ vergilərdən azad olunsunlar. Yəni burada qeyd olunsun ki, 1000 manatdan 2500 manatadək maaş alanlar üçün 3 faiz vergi dərəcəsi müəyyən edilsin. 2500 manatdan yuxarı isə indiki qayda davam etsin. Mən bunu normal sayıram".

Müəllif: Ucnoqta.az redaksiyası