Ucnoqta.az
www.ucnoqta.az

Şamaxıdaı “Shacman” dərəyə aşdı – sürücü öldü

10:43 - 20 Noyabr 2025 tarixində dərc olunub.

Şamaxıda qəza zamanı avtomobildə sıxılmış vəziyyətdə qalmış şəxsin meyiti çıxarılıb.

Ucnoqta.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən yayılan məlumata görə, nazirliyinin qaynar xəttinə Şamaxı rayonu, Çöl Göylər kəndində yol qəzası baş verməsi barədə məlumat daxil olub.

Qəza yerinə yollanan xilasedicilər “Shacman” markalı yük avtomobili dərəyə aşdığını, sürücünün sıxılmış vəziyyətdə öldüyünü görüblər.

FHN əməkdaşları meyit nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Müəllif: Ucnoqta.az redaksiyası