Ucnoqta.az
www.ucnoqta.az

Tramp Səudiyyə Ərəbistanının ABŞ-a investisiyasını 1,5 trilyon dollara çatdırmağı təklif edib

23:42 - 19 Noyabr 2025 tarixində dərc olunub.

19 noyabrda ABŞ prezidenti Donald Tramp Səudiyyə Ərəbistanı şahzadəsi Məhəmməd bin Salman Əl Səuda ölkə iqtisadiyyatına investisiyanı 1,5 trilyon dollara çatdırmağı təklif etdiyini açıqlayıb.

Ucnoqta.az xəbər verir ki, Tramp ABŞ-Səudiyyə Ərəbistanı investisiya forumunda çıxış edərkən bildirib.
"Şəkil çəkdirəndə dedim ki, 'Bunu 1,5 trilyon dollara çatdıra bilərsinizmi?' Deməli, onun düşünəcək bir şeyi var", - Ağ Ev rəhbəri deyib.

Amerika prezidenti Səudiyyə şahzadəsindən aldığı cavabı açıqlamayıb, lakin ABŞ-ın "bir şey əldə edəcəyinə" ümid etdiyini bildirib.

Müəllif: Ucnoqta.az redaksiyası