Ucnoqta.az
www.ucnoqta.az

Şəbnəm gözlərinin rəngini dəyişdirəcək

19:00 - 19 Noyabr 2025 tarixində dərc olunub.

Müğənni Şəbnəm Qəhrəmanova televiziya efirində şəxsi görünüşü ilə bağlı etdiyi açıq etirafla diqqət çəkib.

Ucnoqta.az xəbər verir ki, o, göz rəngini dəyişdirmək üçün əməliyyata maraq göstərdiyini bildirib. Sənətçi həmçinin burnuna yenidən plastik əməliyyat olunduğunu qeyd edib.

Qəhrəmanova görünüşündən narazı olduğunu gizlətməyərək əlavə edib:

"Ümumiyyətlə, komplekslərim var. Lazım olduqca plastik əməliyyat etdirəcəyəm, nə qədər ehtiyac varsa, o qədər də edəcəyəm".

Onun bu açıqlaması sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Müəllif: Ucnoqta.az redaksiyası