Ucnoqta.az
www.ucnoqta.az

İcra başçısı iclasda yatdı - FOTO

16:08 - 19 Noyabr 2025 tarixində dərc olunub.

Xəzər dənizinin sahilyanı ölkələrinin əyalət rəhbərlərinin iclasında Azərbaycan Respublikasının 2 nümayəndəsi IRNA informasiya agentliyinin kameralarına yaxalanıb.

Ucnoqta.az xəbər verir ki, tədbirdə ölkəmizi Lənkəran rayon İcra hakimiyyətinin başçısı Taleh Qaraşov və Neftçala rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov təmsil edirlər.

Geniştərkibili iclasda sonuncu şəxs - Mirhəsən Seyidov kameralara yatmış vəziyyətdə düşüb. Fotodan zalda digər ölkələri təmsil edən bəzi şəxslərin də mürgülədiyi əks olunub. 

Xatırladaq ki, Mirhəsən Seyidov 2020-ci il martın 5-də Prezident İlham Əliyevin Sərəncamı ilə Neftçala Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

O, ictimaiyyətin yaddaşında həm də dövlət başçısının "Sən yaşca kiçiksən, orada otur" iradı ilə yadda qalıb.

Həmin gün Prezident İlham Əliyev Nahid Bağırovu İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı, Mirhəsən Seyidovu Neftçala Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrinə təyin olunmaları ilə əlaqədar qəbul etmişdi.///yenisabah

Müəllif: Ucnoqta.az redaksiyası