Ucnoqta.az
www.ucnoqta.az

Bakıda 56 yaşlı qadın küçədə öldü

17:30 - 19 Noyabr 2025 tarixində dərc olunub.

Bakıda qadın küçədə ölüb.

Ucnoqta.az xəbər verir ki, hadisə Yasamal rayonu A.M.Şərifzadə küçəsində qeydə alınıb.

Mingəçevir şəhər sakini 56 yaşlı Zülfiyyə Aslan qızı Allahverdiyeva həmin küçədə qəfil yıxılaraq, dünyasını dəyişib. Onun ürək çatışmazlığından öldüyü bildirilir.

Araşdırma aparılır.

Müəllif: Ucnoqta.az redaksiyası