Ucnoqta.az
www.ucnoqta.az

Sumqayıt istiqamətində nəqliyyatın hərəkəti bərpa olundu (YENİLƏNİB)

09:15 - 19 Noyabr 2025 tarixində dərc olunub.

Bakının Binəqədi rayonu, Moskva prospektində nəqliyyat vasitələrinin hərəkəti bərpa edilib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

08:11

Binəqədi rayonu, Moskva prospektində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən Ucnoqta.az-a verilən məlumata görə, qəza səbəbindən tunelə giriş hissə, Sumqayıt istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilib.

Hazırda hərəkətin bərpa olunması üçün polis və FHN əməkdaşları tərəfindən zəruri tədbirlər görülür.

Müəllif: Ucnoqta.az redaksiyası