Çərşənbə günü Kiyevə səfər etdikdən sonra ABŞ ordusunun katibi Daniel Driskol Rusiya tərəfi ilə görüşməyi planlaşdırır.
Ucnoqta.az xəbər verir ki, bu barədə Wall Street Journal mənbələrə istinadən məlumat yayıb.
Driskol Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşmək üçün Kiyevə gəlib. Bu barədə əvvəllər Politico məlumat vermişdi.
"Driskol daha sonra Rusiya rəsmiləri ilə görüşməyi planlaşdırır", - deyə nəşr bildirib.