Ucnoqta.az
www.ucnoqta.az

Azərbaycanda bir çox internet resurslarına giriş dayandı

16:14 - 18 Noyabr 2025 tarixində dərc olunub.

"Cloudflare çöküb – bir çox saytlar, o cümlədən Azərbaycan resursları açılmır"

Ucnoqta.az xəbər verir ki, bu abrədə AİF rəhbəri Osman Gündüz sosial şəbəkədə yazıb. Osman Gündüzün sözlərinə görə, bu gün Cloudflare-in qlobal infrastrukturu üzrə genişmiqyaslı nasazlıq baş verib.

"Cloudflare-in xidmətlərində yaranan problem nəticəsində dünyanın müxtəlif ölkələrində çoxlu sayda saytlar açılmır, "Cloudflare Error" tipli xətalar görünür. Cloudflare üzərindən işləyən bir çox Azərbaycan saytları da eyni səbəbdən açılmır və səhv mesajları göstərir. Saytların özündə , serverlərdə problem yoxdur – trafik Cloudflare-dən keçmədiyi üçün müvəqqəti əlçatmaz görünürlər.

Cloudflare qlobal miqyasda kəsintini aradan qaldırmaq üzərində işləyir. Problemin qısa zamanda həll olunacağı gözlənilir".

Müəllif: Ucnoqta.az redaksiyası