Ucnoqta.az
www.ucnoqta.az

Uitkov noyabrın 19-da Türkiyəyə səfər edəcək

12:31 - 18 Noyabr 2025 tarixində dərc olunub.

ABŞ Prezidentinin xüsusi elçisi Stiven Uitkov noyabrın 19-da Türkiyəyə səfər edəcək.

Ucnoqta.az xəbər verir ki, bu barədə Reuters agentliyinə mənbə bildirib. Məlumata görə, o, Ukrayna prezidenti Volodimir Zelenski ilə danışıqlarda iştirak edəcək.

Zelenski daha əvvəl Türkiyədə görüşlərinin noyabrın 19-da planlaşdırıldığını bildirmişdi. Məqsəd danışıqların intensivləşdirilməsinə hazırlıq görməkdir.

Müəllif: Ucnoqta.az redaksiyası