Ucnoqta.az
www.ucnoqta.az

Metrodan istifadə edənlərin sayı azalıb

17:13 - 14 Noyabr 2025 tarixində dərc olunub.

Bu ilin yanvar-oktyabr aylarında metrodan 184 milyon 513,6 min sərnişin istifadə edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Bu ötən ilin eyni dövrü ilə müqayisədə 2,5 faiz azdır.

Hesabat dövründə metroda sərnişin dövriyyəsi isə 2 milyon 172,38 min km təşkil edib.

Qeyd edək ki, ötən ilin müvafiq dövründə metroda sərnişin dövriyyəsi 2 milyon 233,4 min km idi.

Müəllif: Ucnoqta.az redaksiyası