Ucnoqta.az
www.ucnoqta.az

Hindistanda təlim təyyarəsi qəzaya uğrayıb

14:56 - 14 Noyabr 2025 tarixində dərc olunub.

Hindistan Hərbi Hava Qüvvələrinə məxsus təlim təyyarəsi ölkənin cənubunda qəzaya uğrayıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə PTI xəbər agentliyi məlumat verib.

Agentliyin məlumatına görə, Pilatus PC-7 təyyarəsi Çennayın bir rayonunda qəzaya uğrayıb. Bildirilir ki, təyyarə adi təlim uçuşu həyata keçirirmiş. Pilot təhlükəsiz şəkildə katapult edib.

PTI qəza yerindən video yayımlayıb və qəzaya uğrayan təyyarənin qalıqlarının yerə səpələndiyini göstərir.

Müəllif: Ucnoqta.az redaksiyası