Ucnoqta.az
www.ucnoqta.az

Sumqayıtda 1000 abonentin qazı KƏSİLƏCƏK

10:08 - 14 Noyabr 2025 tarixində dərc olunub.

Sumqayıt şəhərinin Ceyranbatan asfalt zavodu ərazisində yeraltı qaz xətlərində sızma aşkarlanıb.

"Azəriqaz"dan bildirilib ki, problemin aradan qaldırılması məqsədilə noyabrın 14-ü saat 11:00-dan etibarən 1 000 abonentin qaz təchizatı dayandırılacaq.

Məlumata görə, qaz verilişi təmir-bərpa işləri başa çatdıqdan sonra yenidən bərpa olunacaq.

Müəllif: Ucnoqta.az redaksiyası