Ucnoqta.az
www.ucnoqta.az

Litva Belarusla sərhədi açmaq üçün şərti açıqladı

17:08 - 13 Noyabr 2025 tarixində dərc olunub.

Litva hakimiyyəti qonşu ölkədən öz ərazisindən hava qaçaqmalçılığının dayandırılacağına dair zəmanət aldıqdan sonra Belarusla sərhədi açacaq.

Ucnoqta.az xəbər verir ki, Litva Baş naziri İnqa Ruqinienė jurnalistlərə bildirib.

"Sərhəd səbəbsiz bağlanmayıb, hibrid hücumlar səbəbindən bağlanıb. Belarus tərəfindən bu hücumların dayandırıldığına və problemin artıq mövcud olmadığına dair zəmanət alan kimi sərhədi açmaq barədə qərar qəbul edəcəyik", - deyə o bildirib.

Baş nazir Litvanın diplomatik xidmətlərinin məsələ üzərində işləməyə hazır olduğuna əminlik verib, lakin hazırda danışıqlar aparılmır. "Biz danışıqlar aparmırıq. Biz [hansı şərtlər altında] müsbət qərar verməyə hazır olduğumuz barədə mesaj göndəririk", - deyə o qeyd edib.

Müəllif: Ucnoqta.az redaksiyası