Ucnoqta.az
www.ucnoqta.az

Tramp senatorlardan təcili tədbirlər tələb edir

08:27 - 6 Noyabr 2025 tarixində dərc olunub.

ABŞ Prezidenti Donald Tramp Respublikaçı siyasətçilərdən federal hökumətin bağlanmasına dərhal son qoymağı tələb etdi.

Ucnoqta.az xarici mətbuata istinadən xəbər verir ki, o, bu açıqlamanı senatorlarla işgüzar səhər yeməyi zamanı verdi.

Dövlət başçısı bütün dövlət qurumlarının mümkün qədər tez yenidən açılmasının vacibliyini vurğulayıb. O bildirib ki, buna nail olmağın ən təsirli yolu Senatda filibuster qaydasını ləğv etməkdir.

"Düşünürəm ki, bu, çox vacibdir: ölkəni açmalıyıq. Və bunu bu günortadan sonra etməyin yolu filibuster qaydasını ləğv etməkdir", - Ağ Ev rəhbəri deyib.

Tramp xəbərdarlıq etdi ki, Senat azlığına qərarları bloklamağa imkan verən bu təcrübəni qorumaq ciddi nəticələrlə təhdid edir. O, bu qaydanı ləğv etmədən Konqresin gələcək illər üçün iflic ola biləcəyini söylədi.

Müəllif: Ucnoqta.az redaksiyası