Ucnoqta.az
www.ucnoqta.az

Ukrayna dronlarla Yaroslavl bölgəsindəki neft emalı zavodlarını vurdu

12:13 - 5 Noyabr 2025 tarixində dərc olunub.

Ukrayna dronları Yaroslavl bölgəsindəki neft emalı zavodlarına zərbə endirib.

Ucnoqta.az xəbər verir ki, bu barədə bölgənin qubernatoru Mixail Evrayev özünün Telegram kanalında məlumat verib.

Qubernator zərbələrin nəticələrinin aradan qaldırıldığını və hücum nəticəsində heç kimin xəsarət almadığını dəqiqləşdirib.

Müəllif: Ucnoqta.az redaksiyası