Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımova müşavir təyin edilib.
Yeni müşavirin adı AMB-nin rəsmi internet səhifəsinə əlavə edilib.
Məlumata görə, yeni müşavir Namiq Sahib oğlu Nağdəliyevdir.
Qeyd edək ki, N.Nağdəliyev 2022-2025-ci illərdə Dünya Bankının icraçı direktorunun müşaviri vəzifəsində çalışıb.
O, noyabr ayının 3-də Mərkəzi Bankın sədrinin müşaviri vəzifəsinə təyin edilib.///oxu.az