Ucnoqta.az
www.ucnoqta.az

Ağ Ev Tramp və əl-Şara arasında görüşü təsdiqləyib

23:51 - 4 Noyabr 2025 tarixində dərc olunub.

Ağ Ev ABŞ prezidenti Donald Tramp və Suriyanın müvəqqəti prezidenti Əhməd əl-Şara arasında 10 noyabrda görüşü təsdiqləyib.

Ucnoqta.az xəbər verir ki, Ağ Evin mətbuat katibi Kerolin Levitt bu açıqlamanı brifinqində verib.

Onun sözlərinə görə, qarşıdan gələn görüş Trampın sülhə nail olmaq üçün diplomatik səylərinin bir hissəsidir.

Müəllif: Ucnoqta.az redaksiyası