Ucnoqta.az
www.ucnoqta.az

Ronaldo tezliklə karyerasını bitirəcək

19:43 - 4 Noyabr 2025 tarixində dərc olunub.

Səudiyyə Ərəbistanının "Əl-Nəsr" və Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo jurnalist Piers Morqana verdiyi müsahibədə tezliklə karyerasını bitirəcəyini açıqlayıb.

Ucnoqta.az xəbər verir ki, Morgan 40 yaşlı Ronaldodan neçə yaşında karyerasını bitirəcəyi barədə bir fikri olub-olmadığını soruşub.

"Tezliklə. Amma düşünürəm ki, buna hazır olacağam. Çətin olacaq, bəli, yəqin ki, ağlayacağam, bu tamamilə normaldır. Bundan utanmıram; mən açıq insanam" - ulduz futbolçu cavab verib.

Ronaldonun sözlərinə görə, o, özünü bu gələcəyə 25 -27 yaşından hazırlayıb və təzyiqə tab gətirə biləcək.

"Əlbəttə ki, futbol heç nəyi əvəz etməyəcək, amma özüm, ailəm və uşaqlarım üçün daha çox vaxtım olacaq", - deyə futbolçu əlavə edib.

Bu yay Ronaldo "Əl-Nəsr"lə müqaviləsini 2027-ci ilə qədər uzadıb.

Müəllif: Ucnoqta.az redaksiyası