Ucnoqta.az
www.ucnoqta.az

"Messinin məndən daha yaxşı olduğu fikri ilə razı deyiləm" - Ronaldo

16:17 - 4 Noyabr 2025 tarixində dərc olunub.

Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun ulduz hücumçusu Kriştiano Ronaldo "İnter Mayami"nin hücumçusu Lionel Messinin ondan daha yaxşı olduğu fikri ilə razılaşmadığını bildirib.

Ucnoqta.az xəbər verir ki, məşhur portuqaliyalı futbolçu Kriştiano Ronaldo argentinalı Lionel Messi ilə rəqabəti ilə bağlı köhnə müzakirələri yenidən gündəmə gətirib.

"Messinin məndən daha yaxşı olduğu fikri ilə razı deyiləm. Təvazökar olmaq istəmirəm", - hücumçu "Piers Morgan"a verdiyi müsahibədə bildirib.

Müəllif: Ucnoqta.az redaksiyası