Ucnoqta.az
www.ucnoqta.az

120 mindən çox ev su altında qalıb - ölənlərin sayı 36-ya çatdı

12:33 - 3 Noyabr 2025 tarixində dərc olunub.

Vyetnamın mərkəzində güclü yağışlardan sonra baş verən daşqın və torpaq sürüşmələri nəticəsində ölənlərin sayı 36-ya çatıb.

Ucnoqta.az xəbər verir ki, yerli medianın məlumatına görə, hakimiyyət orqanları həftəsonundan bəri Vyetnamın mərkəzi hissəsinə təsir edən güclü yağışların yaratdığı fəlakətlərlə bağlı açıqlama yayıb.
Hakimiyyət orqanları daşqın və torpaq sürüşmələri nəticəsində ölənlərin sayının 36-ya çatdığını açıqlayıb.

Bundan əlavə, beş nəfərin itkin düşdüyü, 60 nəfərin isə yaralandığı bildirilir.

Daşqın və torpaq sürüşmələri səbəbindən 120 mindən çox ev su altında qalıb və bəzi yollar hələ də bağlıdır.

Güclü yağışın 4 noyabr gecəsinə qədər davam edəcəyi gözlənilir.

Vyetnam Meteorologiya Xidməti 28 oktyabrda Hue şəhərində yağışın 24 saat ərzində rekord həddə çatdığını açıqlayıb.

Müəllif: Ucnoqta.az redaksiyası