Ucnoqta.az
www.ucnoqta.az

Yaponiyadaı polis ABŞ dəniz piyadasını həbs edib

08:46 - 3 Noyabr 2025 tarixində dərc olunub.

Bazar ertəsi günü Nahada ( Okinavanın paytaxtı) bir ABŞ dəniz piyadası yerli restoranda ofisianta hücum etməkdə şübhəli bilinərək həbs edilib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Kyodo Xəbər Agentliyi məlumat verib.

Polisin məlumatına görə, Okinava prefekturasının Urasoe şəhərindəki ABŞ-ın Kamp Kinser logistika bazasına təyin olunmuş 37 yaşlı baş gizir sərxoş vəziyyətdə yerli restoranda ofisianta hücum edərək boğazından tutub.

Hadisə gecə yarısından xeyli sonra restoranın qarşısındakı küçədə baş verib. Polis hazırda hadisənin səbəblərini araşdırır.

Müəllif: Ucnoqta.az redaksiyası