Ucnoqta.az
www.ucnoqta.az

Xəzərdə zəlzələ olub

22:14 - 2 Noyabr 2025 tarixində dərc olunub.

Xəzər dənizində zəlzələ qeydə alınıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

Məlumata görə, yerli vaxtla saat 18.46-da qeydə alınan zəlzələnin maqnitudası 3,2 olub.

Zəlzələnin ocağı 72 kilometr dərinlikdə yerləşib.

Müəllif: Ucnoqta.az redaksiyası